
>>>>>>
DOKUECHO
Təbiət haqqında ən yaxşı beynəlxalq sənədli filmi

iHuman mükafatı — Xüsusi qeyd
ÜÇ BACI
Lolita İsmayılova | Rusiya Federasiyası
Güclü dramatik süjetinə, ümid, mənsubiyyət və birlik haqqında poetik düşüncələrinə görə Lolita İsmayılovanın Üç bacı filmi DokuEcho münsiflər heyətinin Xüsusi Qeydi mükafatına layiq görülür.
Kamera ilə filmin qəhrəmanları arasında nadir rast gəlinən etimad hissi yaradan film bizi üç bacının intim dünyasına zərifliklə yaxınlaşdırır və insanlığın təbiətdən ayrılmaz olduğunu üzə çıxarır. Onların dünyasının təcrid olunmuş uzaqlığında icma yalnız sağ qalmaq vasitəsinə deyil, həm də ünsiyyət, sevinc və ümid tapmaq yoluna çevrilir.

EYEMystic mükafatı
HƏR BİR FANİ KİMİ
Maria Molina Peiró | Niderland, İspaniya
Hər bir fani kimi filmi hekayəsinin ekoloji, sosial, siyasi və dini qatlarını özünəməxsus kino dili ilə ustalıqla birləşdirdiyinə görə mükafatlandırılır. Həmçinin, sehrli realizm janrı vasitəsilə ekoloji problemlərin kapitalizmin yaratdığı şəraitdə dərin köklərə malik olduğu və cəmiyyəti formalaşdıran daha geniş sosial-siyasi və iqtisadi çətinliklərdən ayrı şəkildə həll edilə bilməyəcəyi fikrini ifadə etmək bacarığına görə.
