top of page
DokuBaku_Main_Logo

DOKUSHORT

Ən yaxşı beynəlxalq qısametrajlı sənədli film

​

DOKUSHORT_WINNER_SPECIALMENTION_2026_I BELIEVE THE PORTRAIT SAVED ME.jpg

iHuman mükafatı — Xüsusi qeyd


İNANIRAM Kİ, PORTRET MƏNİ XİLAS ETDİ
Alban Muya | Kosovo

 

Hekayənin inkişafı tamaşaçını ilkin çaşqınlıqdan dərin emosional təsirə doğru aparır və həmin qeyri-adi sinif otağının qatları açıldıqca yeni mənalar üzə çıxır. Film incəsənətin gücünü, portret çəkməyin və yaratmağın barbarlıq şəraitində yaşamaq instinktinə çevrilməsini göstərir. Operator işi müharibəni romantikləşdirməkdən qaçır; təsirli kadr quruluşu və rəng həlli ilə onun bütün dramatik ağırlığını çatdırır. Bu qədər dərin məzmunu və vizual təsiri cəmi on dəqiqəyə sığdırmaq rejissor ustalığının təntənəsidir və bu, Fəxri Qeydə layiq bir nailiyyətdir.

DOKUSHORT_WINNER_SPECIALMENTION_2026_ACTUALLY I DIDNT WANT TO STAY LONG.jpg

iHuman mükafatı — Xüsusi qeyd


ƏSLİNDƏ, ÇOX QALMAQ İSTƏMİRDİM
Andreas Grützner | Almaniya

 

Andreas Grütznerin qeyri-ənənəvi, esseistik filmi 1979-cu ildə psixiatriya klinikasında çalışmış bir gəncin xatirələri vasitəsilə psixiatrik xəstələrin həyatına nəzər salır. Cəmiyyətin əqli məhdudiyyətləri olan insanlara münasibətinin tarixi mənzərəsi kimi başlayan film tədricən dərin şəxsi səyahətə çevrilir. Narahatedici arxiv görüntüləri, video və audio fraqmentləri, eləcə də müəllifin səsli nəqli vasitəsilə rejissor bizi cəmiyyətin görməzdən gəlməyə üstünlük verdiyi reallıqla üz-üzə qoyur.

DOKUSHORT_WINNER_SPECIALMENTION_2026_STEP BY STEP TOWARDS HOME.jpg

iHuman mükafatı — Xüsusi qeyd


ADDIM-ADDIM EVƏ DOĞRU
Evrim İnci | Azərbaycan

 

Qarabağda minaların təmizlənməsi kimi təhlükəli işin fonunda film müharibənin uzunmüddətli nəticələrini üzə çıxarır. Bu, insanın dözümlülüyü, münaqişənin ağır bədəli və həyatları yenidən qurmağın uzun yolu haqqında təsirli bir hekayə, film, bir esse olduğana, bizi keçmişdən gələcəyə baxmağa və köklərəmizə yenidən bağladığına görə mükfatlandırılır.

DOKUSHORT_WINNER_SPECIALMENTION_2026_TOWARDS THE LIGHT.jpg

iHuman mükafatı — Xüsusi qeyd


İŞIĞA DOĞRU
Elşad Ərşadoğlu | Azərbaycan

 

Üç nəsil doğma kəndlərinə kövrək bir səyahətə çıxır. Dağıntılar arasında itkin düşmüş doğmalarını, uşaqlıq xatirələrini və yox olmuş keçmişin izlərini axtarırlar. Film yaddaş, itki və müharibənin silinməz yaraları haqqında təsirli və dərin düşüncəyə sahib olduğuna görə mükfatlandırılır.

DOKUSHORT_WINNER_2026_I WANTED TO HEAR YOUR VOICE.jpg

EYEMystic mükafatı


SƏSİNİ EŞİTMƏK İSTƏYİRDİM
Ceyms Pellerito | Amerika Birləşmiş Ştatları

 

Ceyms Pellerito şəxsi və intim baxış bucağından anasının həyatının son günlərini və ona göstərdiyi gündəlik qayğını böyük insani duyum və həssaslıqla sənədləşdirməyə nail olur. Bu, ailə üzvlərinə qayğı göstərən insanların yaşadığı mürəkkəb duyğular qarışığını əks etdirən, səmimi və dərin şəxsi yanaşmadır. Dəqiq, intim və qəlbin dərinliklərinə toxunan bir əsər.

bottom of page