top of page
DokuBaku_Main_Logo

DOKUTAM

Ən yaxşı beynəlxalq tammetrajlı sənədli film

DOKUTAM_WINNER_SPECIALMENTION_2026_PAIKAR.jpg

iHuman mükafatı — Xüsusi qeyd


PƏYKAR
Davud Hilmandi | Niderland

 

Pəykar ata və oğul arasındakı mürəkkəb münasibəti araşdırır; burada sevgi, zorakılıq və uşaqlıq travmaları bir-biri ilə iç-içə keçir. Davud Hilmandi səmimi söhbətləri təsirli vizual obrazlarla birləşdirir, ziyarət səfəri isə bədənlərin, səs-küyün və ritualın duyğusal toqquşmasına çevrilir. “Pəykar” filmini müstəsna edən cəhət odur ki, o, hər iki kişini nə qurban, nə də təcavüzkar obrazına endirir, eyni zamanda onların ortaq keçmişinin uzunmüddətli nəticələrini dürüst şəkildə tamaşaçıya nəql edir.

DOKUTAM_WINNER_2026_MILITANTROPOS.jpg

EYEMystic mükafatı


MİLİTANTROPOS
Alina Gorlova, Yelizaveta Smith, Simon Mozgovyi | Avstriya, Fransa, Ukrayna

 

Ustadlıqla ərsəyə gətirilmiş bu film bizə ekranda göstəriləndən daha çoxunu hiss etmək üçün imkan yaradır. Kamera işinin bədii ustalığını və səs mənzərəsinin özlüyündə müstəqil bir sənət əsəri kimi çıxış etməsini yüksək qiymətləndirdik. Film gündəlik həyatın təsirli fraqmentləri vasitəsilə mənasız bir müharibənin Ukraynaya və onun xalqına yaşatdığı böyük ağrını və ədalətsizliyi üzə çıxarır.

DOKUTAM_WINNER_SPECIALMENTION_2026_THE LAND WHERE THE ANGEL STUMBLED.jpg

iHuman mükafatı — Xüsusi qeyd


MƏLƏYİN BÜDRƏDİYİ TORPAQ
Rodion İsmayılov | Azərbaycan, Rusiya Federasiyası

 

Rodion İsmayılovun Mələyin büdrədiyi torpaq filmi Dağıstanın səmimi portretini yaradır. Burada müxtəlif dillər və ənənələr nəsillərin xatirələrini, həyat və ölüm haqqında düşüncələri, gələcəyə dair ümidləri yaşadır. Filmin qəhrəmanları ilə görüşlər vasitəsilə gündəlik həyatın dərin insani müdrikliyini üzə çıxaran ekran əsəri mədəni zənginliyi ilə seçilən bu bölgəni ortaq insanlığımız haqqında universal düşüncəyə çevirir.

DOKUTAM_WINNER_SPECIALMENTION_2026_WOMEN AND ROADS.jpg

iHuman mükafatı — Xüsusi qeyd


QADINLAR VƏ YOLLAR: ÖZÜNƏ APARAN YOL — AZƏRBAYCAN
Kristina Kretova, Anna Kameneva | Birləşmiş Ərəb Əmirlikləri

 

Film qadın həmrəyliyinin, dözümlülüyünün və özünü kəşf etmə yolunun tərənnüm edir. Bakının rəngarəng küçələrindən Qobustanın qədim mənzərələrinə uzanan film, həyat hekayələri ortaq tarixin gücünü və qarşılıqlı dəstəyin əhəmiyyətini əks etdirən qadınların talelərini bir araya gətirir. Azərbaycanın mədəni portretini yaratmaqla yanaşı, film qadın həmrəyliyinin gücü və insanı özünə daha da yaxınlaşdıran həyat yolları haqqında təsirli düşüncələrə yol açır.

bottom of page